Tamaş Şujok: Aprelin 12-də Macarıstanda parlament seçkiləri keçiriləcək
Macarıstanda yeni hökuməti formalaşdıracaq parlament seçkiləri aprelin 12-də keçiriləcək. Bu barədə Macarıstan Prezidenti Tamaş Şujok bəyan edib. Onun sözlərinə görə, parlament seçkilərinə hazırlıqla əlaqədar artıq bəzi tədbirlər həyata keçirilməkdədir və əsas məqsəd azad və demokratik parlamentin təşkilinə nail olmaq, ölkənin sivil idarəçilik sisteminə yeni təkan verməkdir.
"Konstitusiya və seçki qanunvericiliyinin müddəalarına uyğun olaraq, 2026-cı ildə Macarıstan Milli Assambleyasının (birpalatalı parlament ) üzvləri üçün seçkilər keçirmək qərarına gəldim. Səsvermə 12 aprel 2026-cı il bazar günü keçiriləcək. Demokratiyanın əsas prinsiplərindən biri azad seçki hüququdur. Hər kəsi bu hüquqdan istifadə etməyə çağırıram", - deyə Tamaş Şujok vurğulayıb.
Əziz MUSTAFA

















.jpg)
































































