Britaniya Baş naziri Grok üzərində nəzarəti ələ keçirməklə hədələyib

Britaniya Baş naziri Grok üzərində nəzarəti ələ keçirməklə hədələyib

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya Baş naziri Keir Starmer, inteqrasiya olunduğu X-in bunu etmədiyi təqdirdə, süni intellekt chatbotu Grok üzərində nəzarəti ələ keçirməklə hədələyib. Baş nazir bu açıqlamanı hakim Leyborist Partiyasından olan parlament üzvləri ilə görüşdə verib.

"Əgər X Groku idarə edə bilmirsə, biz idarə edəcəyik və bunu tez bir zamanda edəcəyik, çünki zərər və zorakılıqdan qazanc əldə etsəniz, özünüzü tənzimləmək hüququnuzu itirirsiniz", - Starmer deyib. "Aydın olsun ki, biz buna dözməyəcəyik, çünki dünya nə qədər qeyri-sabit və ya mürəkkəb olsa da, bu hökumət öz dəyərlərinə əsaslanacaq. Biz güclülərin qarşısında həssasları qoruyacağıq", - deyə o, vəd etdi.

Baş nazir bu açıqlamanı 12 yanvarda, Britaniya media tənzimləyicisi Ofcom-un Grok tərəfindən yaradılan şəkillərlə bağlı X-ə qarşı araşdırma başlatdığı gün verdi. Çatbot, X-ə də sahib olan Elon Maskın xAI şirkəti tərəfindən hazırlanıb.

Daha sonra Elm, İnnovasiya və Texnologiya katibi Liz Kendall, Böyük Britaniyanın razılıq olmadan intim şəkillərin yaradılmasını cinayət hesab edəcəyini açıqladı. Bu cür tətbiqlərin yaradıcılarına da şamil ediləcək qanunvericiliyin bu həftə qüvvəyə minməsi planlaşdırılır.

Əziz Mustafa