İranda iğtişaşçılar tərəfindən polis generalı öldürülüb

İranda iğtişaşçılar tərəfindən polis generalı öldürülüb

15:54
Bəyəndim (1) Bəyənmədim (0)

İranın şimal-şərqindəki Məşhəd şəhərinin narkotiklərlə mübarizə şöbəsinin rəisi general Cavad Keşavərz iğtişaşçıların zorakı hərəkətləri nəticəsində öldürülüb. Bu barədə Rəzəvi Xorasan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanlığı məlumat verib.

"Məşhədin narkotiklərlə mübarizə şöbəsinin rəisi briqada generalı Cavad Keşavərz şəhərdə silahlı terrorçuların hücumu nəticəsində öldürülüb", - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.

Dekabrın 29-da İran rialının kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başladılar. Dekabrın 30-da tələbələr iğtişaşlara qoşuldular. İğtişaşlar əksər böyük şəhərlərə yayıldı. İğtişaşlar 8 yanvar axşamı pik həddə çatdı və iğtişaşlarda üç yaşlı uşaq da daxil olmaqla ən azı 13 mülki şəxs həlak oldu. Hakimiyyət orqanları 38 hüquq-mühafizə orqanı əməkdaşının ölümünü bildirdi.

Əziz MUSTAFA