Estoniyada "Nitrotol" şirkəti Sursat Zavodunun açılışını edib
Estoniyadakı Əmari Sənaye Müdafiə Parkında "Nitrotol" şirkətinin partlayıcı maddələr zavodunun açılışı münasibətilə mərasim keçirildi.
"Bu zavodun açılışı ilə Estoniya irəliyə doğru böyük bir addım atdı - biz sursat istehsal edən ölkəyə çevrildik. Bu cür istehsal müəssisələri yaratmaqla, lazım gələrsə, böhran vəziyyətində özümüzü silahlandıra bilmək üçün resursları və təcrübəmizi Estoniyada cəmləşdiririk", - deyə müdafiə naziri Hanno Pevkur bildirib.

O, əlavə edib ki, Estoniyanın müdafiə imkanlarını artırmaqla yanaşı, müdafiə sənayesi istehsal müəssisələrinin yaradılması da ölkə iqtisadiyyatını gücləndirəcək, ixracatı artıracaq və yeni iş yerləri yaradacaq.
Nitrotol həmçinin 2027-ci ildə Ermistuda tikiləcək müdafiə sənaye parkında istehsala başlayacaq.
Əziz Mustafa


























.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)









































