Meksika prezidenti ABŞ-ın ölkəyə müdaxiləsini istisna edib
Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın ölkəyə hərbi müdaxiləsinin mümkün olmadığını bildirib. O, bu qənaətə ABŞ-lı həmkarı Donald Trampla telefon danışığından sonra keçirilən mətbuat konfransında gəlib.
X sosial media platformasında xanım Şeynbaum Donald Trampla narkotik qaçaqmalçılığının azaldılmasını, eləcə də iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığı, o cümlədən investisiyaları müzakirə etdiklərini açıqlayıb.
9 yanvarda Donald Tramp ABŞ-ın tezliklə Meksika narkotik kartellərinə qarşı quru əməliyyatı başlada biləcəyini bildirib. O, ABŞ-ın artıq dəniz yolu ilə gələn narkotiklərin 97%-ni ələ keçirdiyini iddia edib.
Əziz Mustafa
Digər xəbərlər












.jpg)





































































