Latviyanın Kiyevə dəstək xərcləri 890 milyon avronu keçib

Latviyanın Kiyevə dəstək xərcləri 890 milyon avronu keçib

10 İyul 14:13
Bəyəndim (2) Bəyənmədim (0)

Ölkənin İqtisadiyyat naziri Viktor Vlainis “digər ölkələrin Ukraynaya bütün lazımi yardımların göstərilməsinin zəruriliyini anlaması” üçün tədbirlər görməyə çağırıb.
Latviya hakimiyyəti Ukraynaya dəstək üçün 890 milyon avrodan çox vəsait xərcləyib ki, bu da Baltikyanı respublikanın ÜDM-nin təxminən 0,7%-ni təşkil edir. Bunu ölkənin İqtisadiyyat naziri Viktors Vlaynis deyib.

Delfi portalı onun sözlərini sitat gətirir: “Biz həmçinin digər ölkələrə Ukraynaya dövlətin bərpası üçün bütün lazımi yardımın göstərilməsinin zəruriliyini başa düşməyə kömək etməliyik”.

Aprel ayında portal Latviya sakinlərinin Ukraynaya və ukraynalı qaçqınlara dəstək üçün getdikcə daha az ianə etdiyini və Kiyevə heç bir yardım göstərməyən latviyalıların nisbətinin artdığını bildirmişdi.

Əziz Mustafa