Kiyevdə SBU polkovniki güllələnib

Kiyevdə SBU polkovniki güllələnib

10 İyul 14:55
Bəyəndim (4) Bəyənmədim (0)


İyulun 10-da səhər saatlarında polis Kiyevin Qoloseyevski rayonunda güllə yarasından ölmüş bir kişinin cəsədini tapıb.
Oxuməni.az xəbər verir ki, “Ukrainska Pravda”nın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç öldürülüb.
Jurnalistlərin həmsöhbətləri bildiriblər ki, cinayətkar saat 09:00 radələrində SBU zabitini pusquya salıb, tapançadan 5 dəfə atəş açıb, sonra isə qaçıb.
Keçmiş kəşfiyyatçı Roman Çervinski və Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk da ölən şəxsin İvan Voroniç olduğunu bildiriblər.
Çervinski Voroniçi “2014-cü ildən düşmənlə döyüşən və Xidmətdə hazırda Rusiya Federasiyası üçün çoxlu problemlər yaradan istiqamət yaradanlardan biri olan” adam adlandırıb.
SBU xüsusi xidmət zabitinin qətli ilə bağlı təhqiqata başlayıb, “Babel” nəşri yazır. Bu, Ukrayna Cinayət Məcəlləsinin 348-ci maddəsi (hüquq-mühafizə orqanının əməkdaşının və ya hərbi qulluqçunun həyatına qəsd) ilə aparılır.
Kiyev polisi Qoloseyevski rayonunda yaşayış binasının həyətində baş verən qətl hadisəsi yerindən çəkilmiş videonu dərc edib.
Almaz Həsənli