Prokurorluq azərbaycanəsilli deputat Tağı-zadənin ifadəsində heç bir qanun pozuntusu aşkar etməyib

Prokurorluq azərbaycanəsilli deputat Tağı-zadənin ifadəsində heç bir qanun pozuntusu aşkar etməyib

11 İyul 12:41
Bəyəndim (6) Bəyənmədim (0)


Xantı-Mansi Muxtar Dairəsini özbək miqrantların tarixi vətəni adlandıran azərbaycanəsilli deputat Xalid Tağı-zadənin ifadəsində Rusiya Federasiyası prokurorluğu heç bir qanun pozuntusu aşkar etməyib. Nəzarət qurumu məlumatı Dövlət Dumasının deputatı Vladimir Sısoyevin sorğusuna cavab olaraq göndərib.
Oxuməni.az xəbər verir ki, bu barədə “URA.RU” məlumat yayıb.
"Sorğuya verilən cavabda göstərilib ki, onun çıxışında Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına dair birbaşa və ya dolayı çağırışlar yoxdur. Yuqra ekspertləri ekstremizm əlaməti aşkar etməyiblər", - Sısoyev “URA.RU” ilə söhbətində aydınlıq gətirib.
“URA.RU” yazıb ki, o, Dairə dumasının iclasında maaşından məhrum edilib. Bundan əvvəl etika komissiyası deputatın sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilməsi barədə qərar qəbul edib.
Tağı-Zadə, öz növbəsində, təhlükəsizlik qüvvələrinin ifadəsində heç bir ekstremizm əlaməti tapmayacağına əmin idi, deyə “URA.RU” müxbirinə bildirib.
"Bilirdim ki, heç nə tapmayacaqlar. Çünki orada ekstremizm və ya ərazi bütövlüyünün pozulması əlaməti yoxdur", - millət vəkili paylaşıb.
Tağı-zadə əlavə edib ki, bütün yoxlamalar və ekspertizalar başa çatdırılmamış komitə sədrinin müavini vəzifəsindən və əməkhaqqından məhrum etmə şəklində cəzanı ədalətsiz hesab edir.
"Mən danışdım, amma heç kim qulaq asmadı. Bütün bunlar qanunsuzdur. Bu, konstitusiya normalarının pozulmasıdır. Bu, təhlükəli presedentdir ki, dövlət orqanına bu cür təzyiqlər yaratmaq olar. Adama başdan-ayağa palçıq atmaq, sonra isə qanunvericilik səviyyəsində məsuliyyət tədbirləri görmək,"depuyat bildirib.
Almaz Həsənli