
Çexiya 2026-cı ilin sonuna qədər səkkiz ukraynalı F-16 pilotunu hazırlayacaq
Çexiya hökuməti Müdafiə Nazirliyinin səkkiz ukraynalı pilota F-16 qırıcılarında təlim keçmək təklifini təsdiqləyib.
Bu barədə RBC-Ukrayna Çexiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Çexiya hökumətinin qərarına əsasən, LOM Praha dövlət müəssisəsi 2026-cı ilin sonuna kimi səkkiz ukraynalı pilota 150 saat uçuş təlimi verəcək.
"Pilotlar Çexiya ordusunun xidmətində olmayan F-16 təyyarələrində təlim keçəcəklər, lakin Ukrayna tərəfi də simulyatorlar və səssiz L-39 təyyarələri üzrə təlimlərdə maraqlı olduğunu bildirib", - Çexiya Müdafiə Nazirliyi qeyd edib.
Departamentin məlumatına görə, Çexiya tərəfinin təlimlərin keçirilməsi ilə bağlı bütün xərcləri - 32 milyon kron Çexiya Müdafiə Nazirliyinin təsdiq edilmiş büdcəsindən ödəniləcək.
"Ukraynalı pilotların Praqadakı Uçuş Təlim Mərkəzində hazırlanması bizim üçün təkcə peşəkar çağırış deyil, həm də Ukraynanı dəstəkləməkdə fəal iştirakımızın və həmrəyliyimizin ifadəsidir. Bizim imkanımız, nou-hau və təcrübəmiz var və Çexiya ordusu ilə əməkdaşlıq edərək onlara həqiqətən ehtiyac duyulan yerdə təklif etməyə hazırıq", - LOM Praha direktoru Jiří Protiva vurğulayıb.
Əziz Mustafa