Azərbaycanın yunan-roma güləş yığmasının yeni baş məşqçisi təyin edildi
İranlı mütəxəssis Məhəmməd Bəna rəsmi olaraq Azərbaycanın yunan-roma güləş yığmasının yeni baş məşqçisi kimi təqdim olunub.
Oxuməni.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər heyətinə Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cəzini Dorçe də daxil olub.
Məhəmməd Bəna özünün görkəmli nailiyyətləri ilə tanınır. Belə ki, onun rəhbərliyi altında İranın milli komandası 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında üç qızıl medal qazanaraq İran güləş tarixinin rekordunu müəyyənləşdirib, 2020-ci ildə Tokioda keçirilən Olimpiadada isə yetirmələri qızıl və bürünc medallar qazanıb.
2011-ci ildə FILA (Birləşmiş Güləş Stilleri Beynəlxalq Federasiyası, hazırda UWW – Birləşmiş Dünya Güləşi) Bənanı dünyanın ən yaxşı məşqçisi seçib, İranda isə ona "Cəsarətə görə" ordeni verilib.
Almaz Həsənli






































































.jpg)


.jpg-1-1.jpg)

.jpg)











