Çexiyalı qapıçı Haşek ABŞ-ı futbol üzrə dünya çempionatından məhrum etməyə çağırıb
Keçmiş hokkey qapıçısı Dominik Haşek sosial şəbəkələrində ABŞ-ı Venesueladakı hərəkətlərinə görə futbol üzrə dünya çempionatından məhrum etməyə çağırıb. Oxuməni.az-ın xəbərinə görə, bu barədə “Gazeta.ru” məlumat yayıb.
"Mən ABŞ-ın dünya çempionatından məhrum edilməsi təklifini dəstəkləyirəm. Beynəlxalq hüquqa hörmət etməyən və demokratik ölkələri hərbi təcavüzlə təhdid edən bir ölkə belə böyük beynəlxalq tədbirlər keçirməməlidir", - deyə Haşek yazıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl yanvarın 3-də Amerika qüvvələrinin Venesuelaya zərbə endirdiyini təsdiqləyib. O, həmçinin bildirib ki, ölkə lideri Nikolas Maduro həyat yoldaşı ilə birlikdə "Delta" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri tərəfindən əsir götürülərək Venesueladan çıxarılıb.
Almaz Həsənli






































































.jpg)


.jpg-1-1.jpg)

.jpg)











