Tramp Liberiya prezidentini təəccübləndirib: "İngilis dilini harada öyrənmisiniz?"

Tramp Liberiya prezidentini təəccübləndirib: "İngilis dilini harada öyrənmisiniz?"

10 İyul 13:43
Bəyəndim (4) Bəyənmədim (0)


ABŞ lideri Donald Tramp Liberiya prezidenti Cozef Nyuma Boakainin ingiliscə yaxşı danışmasına təəccüblənib.
"İngilis dilini çox yaxşı bilirsiniz. Bunu haradan öyrənmisiniz?" -Tramp soruşub.
Boakai cavabında qeyd edib ki, o, ingilis dilini vətənində öyrənib, çünki bu, ölkənin rəsmi dilidir. Görüş zamanı Tramp nə vaxtsa Afrikaya da getmək istədiyini də bildirib.
Qeyd edək ki, Donald Tramp Ağ Evdə Seneqal, Liberiya, Qabon, Mavritaniya və Qvineya-Bisau liderlərini qəbul edib. Bu görüşlərin əsas məqsədi mühüm strateji resurslara malik olan dövlətlərlə tərəfdaşlıq əlaqələri qurmaqdır.
Almaz Həsənli