
Avropa Parlamenti Ursula fon der Leyenə etimadsızlıq səsverməsini rədd edib
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə və onun icraçı kollegiyasına etimadsızlıq votumu Avropa Parlamentində səsvermədən keçə bilməyib. Oxuməni.az “RBC”ya istinadla xəbər verir ki, bu barədə mlumatı “Euroactiv” yayıb.
Səsvermə zamanı Avropa Parlamentinin 360 deputatı qətnaməyə qarşı, 175-i lehinə səs verib, 18 nəfər isə bitərəf qalıb. Bu, tələb olunan üçdə iki səs çoxluğundan və ən azı 361 lehinə səs verən Avropa Parlamentinin deputatından xeyli aşağıdır. Etimadsızlıq votumunun qəbulu üçün iştirak edənlərin 2/3-nin dəstəyi tələb olunurdu.
Etimadsızlıq təşəbbüsü Rumıniyanın “Rumınların Birləşməsi üçün Alyans” (AUR) partiyasından olan ifrat sağçı Avropa Parlamentinin deputatı Qeorqe Piperea tərəfindən irəli sürülüb. O, təklifin səsə qoyulması üçün tələb olunan minimum 72 olmaqla, 75 deputatın imzasını toplayıb. O, komissar Ursula fon der Leyenlə bağlı pandemiya dövründəki korrupsiya qalmaqalı ilə əlaqədar bütün Avropa Komissiyasını istefaya çağıran vəsatət hazırlayıb.
Almaz Həsənli