Alimlər Yunanıstanda Makedoniyalı İskəndərə aid geyim  əşyası tapıblar

Alimlər Yunanıstanda Makedoniyalı İskəndərə aid geyim əşyası tapıblar

31 Oktyabr 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Demokrit Universitetinin yunan arxeoloqları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Vergina şəhərindəki kral məzarlarından birində tapılan əşyanın sahibini müəyyənləşdiriblər.

Məlum olub ki, bu geyim əşyasını vaxtilə Makedoniyalı İsgəndərin özü də geyinib. Məqalə Journal of Field Archeology (JFA) elmi nəşrində dərc olunub.

Əvvəlki araşdırmalar göstərirdi ki, Makedoniyalı İskəndərin ailəsinin bir neçə üzvü Verginada I, II və III nömrəli kral məzarlarında dəfn edilib. Eyni zamanda, makedoniyalının özünün dəfn olunduğu yer hələ də məlum deyil.

Alimlər müxtəlif sınaq üsullarından və tarixi arayışlardan istifadə edərək I türbədəki qalıqların İsgəndərin atası II Filippə aid olduğunu aşkar ediblər. II türbədəki qalıqlar İsgəndərin ögey qardaşı III Filippə, II türbədəki qalıqlar isə İskəndərin yeniyetmə ikən dünyasını dəyişən oğlu IV Aleksandra məxsusdur.

Oxuməni.az