İsveçrə Aİ-nin Belarusa qarşı bəzi sanksiyalarına qoşulacaq
İsveçrə hökuməti Avropa İttifaqının 2024-cü il iyunun 29-da Belarusa qarşı tətbiq etdiyi bəzi sanksiyalara qoşulmaq qərarına gəlib.
"Oktyabrın 30-da Federal Şura Belarusa qarşı əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul edib", - hökumət bildirib.
Yeni məhdudiyyətlər oktyabrın 31-dən qüvvəyə minəcək.
İsveçrənin də qoşulacağı sanksiyalar arasında Belarusun enerji sektorunda şirkətlərə investisiya qoyuluşunun qadağan edilməsi, Belarusdan qızıl, almaz, helium, mineralların idxalına qadağa, ölkəyə dəbdəbəli malların ixracına qadağalar da var.
Oxuməni.az
Digər xəbərlər