“ChatGPT”-də səs rejimi indi “Mac” və “Windows”-da mövcuddur

“ChatGPT”-də səs rejimi indi “Mac” və “Windows”-da mövcuddur

31 Oktyabr 16:44
Bəyəndim (5) Bəyənmədim (0)



“OpenAI” tərtibatçıları “macOS” və “Windows” masaüstü proqramları (tətbiqləri) üçün “ChatGPT”-nin real səsli köməkçisinin istifadəyə verildiyini elan etdilər. Əvvəllər bu funksiya yalnız mobil platformalarda mövcud idi.
“Advanced Voice” rejimi “GPT-4o” dil modeli əsasında işləyir. Bunun sayəsində bir chatbotun nitqini real həmsöhbətdən ayırmaq çətindir – “ChatGPT” fasilələr və dövri tərəddüdlərlə real intonasiyaya malikdir. O, həmçinin müxtəlif intonasiyaları aşkar edə və cavablarını buna uyğun tənzimləyə bilir.
İstifadəçilər chatbot tətbiqində beş səsdən birini seçə bilərlər - onlar peşəkar dublyaj aktyorlarının iştirakı ilə yaradılır. Onların hər birini bu linkdən dinləyə bilərsiniz: https://openai.com/index/chatgpt-can-now-see-hear-and-speak/?utm_source=ixbtcom
Səs rejiminin pulsuz versiyası var, lakin siz “ChatGPT” ilə hər dəfə 10 dəqiqədən çox danışa bilməzsiniz. Yeni funksiyalardan məhdudiyyətsiz istifadə etmək üçün “Plus” və ya “Enterprise” abunəliyiniz olmalıdır.
Siz “OpenAI” saytından “macOS” üçün “ChatGPT”-ni, “Windows” üçün versiyanı isə “Microsoft Store”dan yükləyə bilərsiniz.
Bu yay “OpenAI” süni intellektə əsaslanan öz axtarış sistemini təqdim etdi. “SearchGPT”-nin özəlliyi təkcə bağlantıların (linklərin) siyahısını vermək deyil, həm də onları təşkil etməyə və anlamağa çalışmaqdır. Bu, onu “Google” üçün ciddi təhlükə yaratmış olur.
2024-cü ilin qışında isə “OpenAI” yeni böyük dil modeli “Orion”-u təqdim etməyi planlaşdırır. Tərtibatçıların gözləntilərinə görə, bu model süni ümumi intellekt (AGI) səviyyəsinə çatmalıdır. Belə süni intellekt ilə ünsiyyət canlı insanla ünsiyyətə bənzəyəcək.
Almaz Həsənli