Ərdoğan Azərbaycandan idxal olunan mallara rüsumların artırılmaması barədə göstəriş verib
Türkiyə hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumlarının artırılması ilə bağlı qərar verib. Bu məsələdə istisna yalnız Azərbaycan üçün olub.
Prezident Rəcəb Tayyib Ərdoğanın idxal rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı Türkiyə hökumətinin rəsmi qəzeti - “Resmi Gazete”də dərc olunub.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, gömrük rüsumlarının artırılması yerli istehsalın saxlanılması və stimullaşdırılması, eləcə də ölkənin ticarət kəsirinin azaldılması səyləri ilə bağlıdır.
Hökumətin qərarına əsasən, ÜTT-yə üzv olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məhsulların hər tonuna görə 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Almaz Həsənli