İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı fələstinliləri saxlayıb
İsrail ordusu (İD) səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilində yeni reydlər həyata keçirib. Bu barədə Fələstinin VAFA xəbər agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki,, işğalçı qüvvələr Nablus bölgəsinin Rujib, Salem və Beyt Furik və Urif kəndlərinə basqın edərək oradakı bir neçə evdə axtarış aparıb və 3 yerli sakini həbs edib. Həmçinin bildirilir ki, hərbçilər Hebronun cənub-qərbində yerləşən Dura kəndinə basqın edərək bir neçə evdə axtarış aparıb və bir neçə mülki şəxsi həbs ediblər. Səhər saatlarında əsgərlər Salfitin qərbində yerləşən Əl-Zaviyə qəsəbəsinə daxil olaraq oradakı bir neçə evdə axtarış aparıblar.
Oxuməni.az
Digər xəbərlər