Avropa Komissiyası Gürcüstanın hərəkətlərini Aİ-yə daxil olmağa maneə adlandırıb
Avropa Komissiyası (AK) Aİ-yə üzv olmağa namizəd ölkələrlə bağlı illik hesabatında qeyd edib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi faktiki olaraq dayanıb.
“Avropa Şurası 2023-cü ilin dekabrında Gürcüstana namizəd statusu versə də, Gürcüstan hökumətinin 2024-cü ilin yazından bəri gördüyü tədbirlərə görə onun Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, – AK-nin çərşənbə günü dərc etdiyi kommünikedə deyilir.
Brüssel qeyd edir ki, “nöqsanlar, xüsusən də seçki prosesinə edilən son qanunvericilik düzəlişlərini əhatə edir”.
Oxuməni.az
Digər xəbərlər