İlon Mask öz spermasını uşaqsız cütlüklərə təklif edir
“Tesla” və “SpaceX”-in rəhbəri, “X” şəbəkəsinin sahibi, milyarder İlon Mask qadınlardan uşaq dünyaya gətirməyə razılaşdıqları təqdirdə öz spermasını “kütləvi şəkildə təklif edir”. Bunun üçün o, Texasda ailə mülkü qurur, “The New York Times” xəbər verir.
Nəşr qeyd edir ki, Mask bu cür təklifləri ötən il, şam yeməyində ABŞ-ın keçmiş vitse-prezidentliyinə namizəd Nikol Şanahana öz spermasını təklif edəndə başlayıb.
Şanahan xanım milyarderderin təklifindən imtina edib. Lakin o vaxtdan bəri Mask hələ də özünü “dost və tanışlara” sperma donoru kimi təklif edir.
Məlum olduğu kimi, Maskın ən azı 12 övladı var (onların dəqiq sayını Maskın özü gizlədir), lakin onların əksəriyyəti IVF - in vitro mayalanma üsulundan istifadə edərək hamilə qalıb.
Bu və ya digər şəkildə Mask artıq Texas ştatının Ostin şəhərində onun sperma donorluğu təklifinə razı olan qadınlardan doğulan nəsillərinin yaşayacağı böyük bir “ailə kompleksi” yaradır.
Üstəlik, Mask hətta bir neçə rəsmi övladının "orada qonşuluqda yaşayacağını" vəd edir. Bunun üçün milyarder “ailə kompleksinin” yaxınlığında yaşayış binaları alır.
Maskın təklifi ilə neçə qadın və cütlüyün razılaşdığı da məlum deyil: iş adamı bütün əməliyyatları məxfi şəkildə həyata keçirir, insanlardan gizlilik müqaviləsi imzalamağı tələb edir.
Almaz Həsənli