XEYİRXAHLIQ, MƏRHƏMƏT VƏ USTAD ÖMRÜ

XEYİRXAHLIQ, MƏRHƏMƏT VƏ USTAD ÖMRÜ

31 Oktyabr 14:51
Bəyəndim (2) Bəyənmədim (0)

Böyük sənətkarımız , ölməz aşıq Şakirin yeganə tələbəsi, əməkdar mədəniyyət işçisi Əvəzxan Xankişiyevin 75 yaşı tamam oldu.Bu dünyaya xeyirxahlıq, mərhəmət ,yaxşılıq etmək üçün gələn, hər zaman ehtiyacı olan insanların yanında olub problemlərinin həllinə dəstək verən Sənətkar, dostluqda sadiqdir, kimsəsizə kimsədir. Ustadı 25 ildən çoxdur ki, tanıyıram.Evinin qapısı həmişə dostlarının üzünə açıqdır. Minlərlə kasıb insanların toy məclislərini təmənnasız aparıb və bu gün də aparır. Dəyərli ailə başçısıdır, övladları tərbiyə və axlaqları ilə seçilir, nəvələri və nəticələri övladları ilə bərabər hər an yanındadır.

Ustad sənətə gəldiyi ilk gündən istedadlı gənclərə dəstək olub , onların istər sənət, istərsə də efir yollarında bir mayaka çevrilib. Müğənni Şahnaz Əliyevanın tanınmasında müstəsna rolu olub.Beləki, Əvəzxan müəllim Şahnaz xanımın tanınması üçün öz vəsaiti hesabına duet mahnılar lentə aldırmış, audio kaset şəklində buraxdlrmlşdlr. Bu duetlər Şahnaz xanımın geniş kütləyə tanınmasında mühüm rol oynamışdır və toylarının artmasına təkan vermişdir. Əvəzxan müəllimin sayəsində Azərbaycan televiziyası və radiosunun qapıları onun üzünə açılmış və verlişlərə dəvətləri çoxalmışdır. Beləliklə, bu duetlər gənc müğəninin maddi durumuna müsbət təsirini göstərmişdir. Bu danılmaz bir faktdır.

Mən “ Min bir mahnı “ nəşriyyatında işləyəndə,”Min bir mahnı” kitabının çapa hazırlanması dövründə Şahnaz xanımı həmin redaksiyada görmüşəm. Mahnıların toplanmasında xanım müğənni öz köməkliyini əsirgəməyib. Nahar fasilələrində Şahnaz xanım bizimlə bərabər nahar edirdi və həmişə Əvəzxan müəllim haqqında yüksək fikirlər söyləyərək deyirdi ki, “Tanınmağımda ,az –çox sevilməyidə və əlimin çörəyə çatmasında Əvəzxan Xankişiyevə borcluyam”.

Əvəzxan Xankişiyev Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. “Şirvan şikəstəsi”, “Nar ağacı –nar çiçəyi”, “Cahargah” muğamı, “ Şirvana gəl”,” Bakı” və digər ifalar Əvəzxan müəllimin ifasında mükəmməl alınıb və bu ifaların möhürünü vurub. Sənətkarımızı Yubileyi münasibətilə ürəkdən təbrik edirəm və bu detallara aydfınlıq gətirib oxucularla böleşməyi özümə borc bildim. Gəlin həmişə həqiqətləri söyləyək,onu qələmə alaq. Sənəti ilə dünyanı gəzən Ustad 100 yaşa. Sən əsl insanlıq nümunəsisən.

Alim Nəbioğlu