İspaniyada daşqınlar can almaqda davam edir: Valensiya su altında qalıb
İspaniyada daşqınlar yüzdən yuxarı insanın ölümünə səbəb olub. Fövqəladə vəziyyət nəticəsində daha onlarla insan itkin düşüb. Valensiya şəhəri tamamailə su altında qalıb.
Onlarla insan gecəni Valensiyada yük maşınlarının və ya avtomobillərin damlarında, mağazaların və ya yanacaqdoldurma məntəqələrinin damlarında keçirib.
İspaniya səlahiyyətliləri, ölənlərin sayının Valensiyada 99, Malaga əyalətində 4 və Kastilya-La Mançada 5 nəfər olduğunu təsdiqləyib.
Müdafiə Nazirliyi ölənlərin cəsədlərinin axtarışı üçün aviasiya, hərbi psixoloqlar və təlim keçmiş itləri səfərbər edib.
Yağışlar 155 min nəfərin elektrik enerjisinin kəsilməsi, eləcə də yolların bağlanması və Madrid və Valensiya arasında sürətli qatarların hərəkətinin dayandırılması ilə nəticələnib.
Oxuməni.az