Bolqarıstan prezidenti parlament seçkilərində səsvermənin nəticələrinə şübhə edir

Bolqarıstan prezidenti parlament seçkilərində səsvermənin nəticələrinə şübhə edir

31 Oktyabr 20:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstan prezidenti Rumen Radev 51-ci parlamentə növbədənkənar seçkilərin nəticələrinə şübhə etdiyini bildirib. Dövlət başçısının mövqeyini onun mətbuat xidməti yayıb.

“Seçkilərin rəsmi nəticələrinin elan edilməsi cəmiyyəti sakitləşdirmək əvəzinə, gərginliyə səbəb oldu və səsvermənin düzgünlüyü ilə bağlı suallar doğurdu”, - Radev bildirib.

O, hökumətə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı bir sıra suallarla müraciət edib. Radev hakimiyyətin administrasiya və müəssisə rəhbərlərini əmrlərə uyğun olaraq səs verməyə məcbur edib-etmədiyini və səslərin alınmasında cinayətkar kontingentin iştirak edib-etmədiyi ıli maraqlanıb.

Oxuməni.az