İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən Azərbaycandan olan şəxslər saxlanılıb

İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən Azərbaycandan olan şəxslər saxlanılıb

31 Oktyabr 14:46
Bəyəndim (6) Bəyənmədim (0)

İsrail polisi və Şin Betin (Şabak (שב״כ) - İsrail kəşfiyyat xidməti) birgə bəyanatına görə, həbs edilənlər İran kəşfiyyatının İsrail vətəndaşlarını işə cəlb etmək üçün tapşırıqlarını yerinə yetirdiyi iddia edilən Lod şəhərinin sakinləri, rusdilli ailə üzvləri, 32 yaşlı Rafael və Lalə Quliyevlərdir. Bu barədə İsrail mediası məlumat yayıb.
İstintaq müəyyən edib ki, Rafael Quliyev İran xüsusi xidmət orqanlarının göstərişi ilə fəaliyyət göstərən 56 yaşlı azərbaycanlı Elxan Ağiyev tərəfindən cəsusluğa cəlb edilib. Onun nəzarətində olan Quliyev Mossadın qərargahı da daxil olmaqla, əsas təhlükəsizlik qurğuları haqqında məlumat toplayıb və İranın məhv etməyi planlaşdırdığı Milli Təhlükəsizlik İnstitutunun (INSS) əməkdaşını izləyib və təqib etdiyi üçün hər günə 600 dollar alıb. Quliyevə qətli törədəcək şəxsin tapılması da tapşırılıb, o, bəzi tapşırıqları həyat yoldaşı Lalə xanımın dəstəyi ilə həyata keçirib.
Quliyevlər Hayfa limanını, Təl-Əvivdəki ictimai sığınacaqları, hətta keçən il 7 oktyabr qırğını qurbanlarının məzarlarını da çəkiblər. Ümumilikdə cütlük 3 il iranlılar üçün çalışıb.

Almaz Həsənli