Slovakiyada Avropa Parlamentinə seçkilərin keçirilməsi şübhə altına düşüb
Slovakiyada Avropa Parlamentinə seçkilərin keçirilməsi şübhə altına düşüb. Buna səbəb dünən Slovakiya Baş nazirinin həyatına qarşı sui-qəsd cəhdinə baş vurulmasıdır.
Məsələyə münasibət bildirən Slovakiya prezidenti Peter Pelleqrini Avropa Parlamentinə seçkilərlə bağlı kampaniyanın dayandırılmasını təklif edib. O deyib ki, Robert Fitsoya sui-qəsdlə bağlı məsələyə aydınlıq gətirilənə kimi siyasi partiyalar Avropa Parlamentinə seçkilərdə iştirak etməməlidilər.
Pelleqrini qeyd edib ki, Slovakiya üçün taleyüklü bir dövrdə baş nazirə qarşı sui-qəsdin kimlərdən və ya hansı ölkələrdən qaynaqlandığı ciddi şəkildə araşdırılmalı və yalnız bundan sonra Avroparlament seçkilərinə gedilib-gedilməyəcəyi barədə qərar qəbul edilməlidir.
Oxuməni.az
Digər xəbərlər