Ukraynada səfərbərlik yaşının azaldılması orduya əlavə qüvvə cəlb etməyə imkan verəcək

Ukraynada səfərbərlik yaşının azaldılması orduya əlavə qüvvə cəlb etməyə imkan verəcək

16 May 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada səfərbərlik yaşının azaldılması orduya əlavə qüvvə cəlb etməyə imkan verəcək.

Bu barədə “Ukrayinska Pravda” nəşrinin yaydığı məlumatda bildirilib.

Nəşrin yazdığına görə, səfərbərlik yaşının 2 il azaldılaraq 27-dən 25-ə endirilməsi nəticəsində 100 min nəfər gənci hərbi xidmətə cəlb etmək mümkün olacaq.

Onu da vurğulayaq ki, hazırda Ukraynada orduda döyüşənlərin orta yaş həddi 40 hesab edilir. Xatırladaq ki, orduya səfərbərlik haqqında qəbul edilən qanun iki gün sonra-may ayının 18-də qüvvəyə minəcək.

Oxuməni.az