Qadınların həqiqi hərbi xidmətə çağırılması  seçkilərdən sonraya saxlanılıb

Qadınların həqiqi hərbi xidmətə çağırılması seçkilərdən sonraya saxlanılıb

29 Aprel 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarkada qadınların həqiqi hərbi xidmətə çağırılması parlament seçkilərindən sonraya saxlanılıb.

Buna səbəb ölkənin siyasi partiyaları arasında qadınların həqiqi hərbi xidmətə çağrılması ilə bağlı fikir ayrılıqlarının olmasıdır.

Belə ki, Danimarkadakı “Liberal Alyans” və “Danimarka Demokratları” partiyaları qadınların həqiqi hərbi xidmətə çağrılmasını dini və ideoloji baxımdan məqsədəuyğun hesab etmirlər.

Məsələyə münasibət bildirən müdafiə naziri Troels Lund Poulsen isə mətbuata açıqlamasında ölkədəki siyasi qüvvələr arasında fikir ayrılıqları səbəbindən qadınların həqiqi hərbi xidmətə çağrılmasının 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra baş tutacağını bəyan edib.

Oxuməni.az