Hindistanın adı terrorçu dövlətlər sırasında çəkilir

Hindistanın adı terrorçu dövlətlər sırasında çəkilir

30 Aprel 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın adı terrorçu dövlətlər sırasında çəkilir.

Son illərdə Azərbaycana qarşı Ermənistanı sürətlə silahlandırmağa başlayan Hindistanın dünyada terroru dəstəkləyən ölkələrdən biri olduğu ortaya çıxıb. Məlum olub ki, Hindistan “Sikhlər Ədalət naminə” təşkilatının üzvü Qurpatvant Sinq Pannunun qətlinin hazırlanmasında iştirak edib.

Bu barədə “The Washington Post”(WP) qəzetində geniş və hərtərəfli məqalə çap olunub. Məqalədə Hindistanın Qurpatvant Sinq Pannunun qətlini sifariş verdiyi və onun öldürülməsində həm birbaşa, həm də dolayı yollarla iştirak etdiyi faktlarla sübuta yetirilib.

Məsələyə münasibət bildirən Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaiswal “The Washington Post”(WP) qəzetində gedən yazını təkzib edib, lakin o məqalədə yazılanların yalan olduğunu sübut edəcək hər hansı tutarlı fakt gətirə bilməyib.

Oxuməni.az