Güclü yağışlar insan ölümlərinə səbəb olub

Güclü yağışlar insan ölümlərinə səbəb olub

30 Aprel 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Son iki gündə Əfqanıstana yağan güclü yağışlar və qar böyük xəsarətlərə səbəb olaraq yüzlərlə evin su altında qalmasına yol açıb.

Bununla bağlı "Tolonews"in yaydığı məlumata görə, güclü yağışların yağmasının əmələ gətirdiyi su daşqınları nəticəsində 7 nəfəri sel aparıb, 19 nəfəri isə su daşqınlarının ağuşundan çətinliklə də olsa xilas etmək mümkün olub.

Öz növbəsində Nanqarhar fəlakətlərin idarə olunması şöbəsinin rəhbəri Seyfullah Xalidin verdiyi açıqlamaya görə, su daşqınları və sel 800 evi aparıb, 1600 hektar əkin sahəsini məhv edib.

Oxuməni.az