Çin böyük geoloji təhlükə ilə üz-üzə qalıb

Çin böyük geoloji təhlükə ilə üz-üzə qalıb

30 Aprel 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çin böyük geoloji təhlükə ilə üz-üzə qalıb və onun ağır nəticələrini öz üzərində artıq hiss etməyə başlayıb.

Bununla bağlı aparılan araşdırmalar göstərib ki, Çində iri şəhərlərin az qala yarısı tədricən çökməkdə davam edir. Nəticədə su daşqınları təhlükəsi əmələ gəlib. Buna paralel olaraq iqlim dəyişikliyi nəticəsində dənizlərin səviyyəsinin qalxması da iri şəhərlərin su altında qalması risqini artırıb.

Məsələ ilə bağlı "Reuters" agentliyinin çinli araşdırmaçılara (Cənubi Çin Normal Universiteti) istinadən yaydığı məlumata görə, şəhərlərin 45 faizi, o cümlədən Pekin hər il 10 millimetrdən çox çökür.

Belə davam edəcəyi təqdirdə alimlər gələcəkdə Çini böyük fəlakətlərin gözləyəcəyi barədə xəbərdarlıq ediblər.

Oxuməni.az