Prezidentə dəstək nümayişi keçirilib

Prezidentə dəstək nümayişi keçirilib

2 May 08:18
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelada prezident Nikolas Maduroya dəstək nümayişi keçirilib.

Venesuelada ölkə prezidenti tərəfindən minimum əmək haqqının 130 dollara qaldırılması əhali arasında böyük sevinclə qarşılanıb.

Bununla bağlı TASS-ın verdiyi məlumata görə, əhali prezident Nikolas Maduroya dəstək məqsədi ilə küçələrə axışıb. Nümayişçilərə qoşulan Maduro onlar qarşısındakı çıxışında deyib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq əhalinin maddi rifah halının yaxşılaşdırılması və neft satışından əldə edilən gəlirlərdən onların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün gələcəkdə də istifadə ediləcək.

Oxuməni.az