İran sanksiyalara sanksiya ilə cavab verməyə cəhd edir

İran sanksiyalara sanksiya ilə cavab verməyə cəhd edir

2 May 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi Tehranı da analoji addımlar atmağa məcbur edib. Belə ki, İran ABŞ-ın 5 şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini rəsmi şəkildə bəyan edib. Bu barədə məlumat verən İran xarici işlər nazirliyi bəyan edib ki, ABŞ-ın "Lockheed Martin", "Chevron" və "General Dynamics" da daxil olmaqla 5 şirkətini və 7şəxsini "qara siyahısı"na salıb.

İran xarici işlər naziliyi bunu adıçəkilən şirkətlərin və şəxslərin İsrailə yardım göstərməsi ilə izah edib. Qeyd edək ki, adı çəkilən şirkət və şəxslərin İranla heç bir əməkdaşlığı mövcud deyil. Ona görə də İranın onlara qarşı sanksiya tətbiq etməsi gülməli görünür.

Oxuməni.az