Almaniya Latviya  və Finlandiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirəcək

Almaniya Latviya və Finlandiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirəcək

2 May 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Latviya və Finlandiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bunu Finlandiya Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkänen mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Finlandiya, İsveç və Latviya arasında CAVS zirehli maşınlarının istehsalı proqramı Almaniyanın da diqqətini cəlb edib və ona qoşulmaq qərarına gəlib.

Antti Hakkänen qeyd edib ki, bununla da Almaniya CAVS zirehli maşınlarının istehsalı proqramına qoşulan 4-cü ölkə (Latviya, Finlandiya , İsveç) olacaq.

Onu da deyək ki, CAVS zirehli maşınları "Patria 6x6" avtomobili əsasında hazırlanır.

Oxuməni.az