Macarıstan Ukraynaya maliyyə yardımı göstərməyəcək

Macarıstan Ukraynaya maliyyə yardımı göstərməyəcək

2 May 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-ya üzv ölkələr arasında Ukraynaya 100 milyard dollar maliyyə yardımı göstərilməsi çərçivəsində keçiriləcək tədbirdə Macarıstan iştirak etmək niyyətində deyil.

Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyartonun "M1" telekanalına açıqlamasında dedikləri də təsdiq edir.

Siyarto qeyd edib ki, NATO baş katibi Yens Stoltenberq bir neçə gün öncə quruma üzv ölkələrə Ukraynaya yardım fonduna 100 milyard dollar toplamaq barədə rəsmi təklif göndərib.

Macarıstan XİN rəhbəri deyib ki, ölkəsi bu fonda maliyyə vəsaiti köçürmək niyyətində deyil və bunu yersiz hesab edir.

Oxuməni.az