Sülh konfransından ciddi nəticə gözləməyə dəyməz

Sülh konfransından ciddi nəticə gözləməyə dəyməz

2 May 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya dair İsveçrədə keçiriləcək sülh konfransına Rusiyanın dəvət edilməməsi Moskvada birmənalı qarşılanmamaqda davam edir.

Məsələyə növbəti dəfə münasibət bildirən prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib ki, Rusiyanın iştirakı olmadan Ukrayna üzrə sülh konfransının qərarları sadəcə kağız parçasından başqa bir şey olmayacaq.

O qeyd edib ki, istənilən halda Rusiya özünün iştirakı olmadan keçirilən konfransda qəbul edilən qərarları tanımayacaq.

Oxuməni.az