ABŞ Gürcüstandakı səfirini geri çağırmağa hazırlaşır

ABŞ Gürcüstandakı səfirini geri çağırmağa hazırlaşır

2 May 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirə edilməsi Tbilisi-Vaşinqton münasibətlərinə ciddi zərbə vurub.

Bunu ABŞ-ın Gürcüstandakı səfirliyinin məsələ ilə bağlı verdiyi açıqlama da sübut edir. Açıqlamada səfirlik sərt çəkildə Gürcüstanın hakimiyyət dairələrinə xəbərdarlıq edib ki, baş verən hadisələr iki ölkə münasibətlərinin pozulmasına və kəskinləşməsinə aparır.

Səfirlik xatırladıb ki, 2008-ci ildə Gürcüstanın Rusiya tərəfindən işğal edilməsinin qarşısını ABŞ və onun müttəfiqləri alıb. Bu yardım olmasaydı sadəcə olaraq Gürcüstan adlı dövlət yer üzündən silinəcəkdi.

Bu arada müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində yayılan qeyri-rəsmi məlumatlara görə, ABŞ Gürcüstandakı səfirini geri çağırmağa hazırlaşır və bu məsələdə reallığa uyğun addımlar atacaq.

Oxuməni.az