Daşqınlar nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb, 1400 nəfər isə evsiz qalıb

Daşqınlar nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb, 1400 nəfər isə evsiz qalıb

2 May 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü yağışların səbəb olduğu daşqın nəticəsində Braziliyanın Rio Grande do Sul əyalətində ölənlərin sayı 10-a, itkin düşənlərin sayı isə 21 nəfərə çatıb. Çoxlu sayda avtomobili sel suları aparıb. Rəsmi açıqlamada, daşqınlarda indiyədək 10 nəfərin həyatını itirdiyi, itkin düşən 21 nəfər üçün axtarış-xilasetmə işlərinin davam etdiyi təsdiq edilib.

Əlavə olaraq bildirilib ki, 1400 nəfərin yaşayış yeri su altında qaldığı üçün onlar yaşayış yerini tərk etmək məcburiyyətində qalıblar.

Hökümət açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verərək, itkin düşənlərin yerinin müəyyən edilməsi və risk altında olan ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün iş aparıldığını bildirib…

Oxuməni.az