Güclü  yağışlar Dubayda həyatı yenidən iflic edib

Güclü yağışlar Dubayda həyatı yenidən iflic edib

2 May 20:22
Bəyəndim (0) Bəyənmədim (0)

Müəyyən fasilədən sonra Dubayda yenidən güclü yağışlar yağmağa başlayıb.

Nəticədə şəhərin böyük hissəsini su basıb, bir-sıra yollarda gediş-gəliş çətinləşib. Yağışlar Dubay hava limanında təyyarələrin uçuşuna mane olub, bir-sıra istiqamətlərdə uçuşlar ləğv edilib.

Dubay əmirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, yağışlar nəticəsində 13 reysi yerinə yetirmək mümkün olmayıb, daha 5 reys isə başqa şəhərə keçirilib. Yağışların hələ bir neçə gün də davam edəcəyi bildirilib.

Xatırladaq ki, aprel ayında yağan güclü yağışlar da Dubayda həyatı iflic etmişdi.

Oxuməni.az