BRİKS-in sülh konfransında iştirak edib-etməyəcəyi məlum deyil

BRİKS-in sülh konfransında iştirak edib-etməyəcəyi məlum deyil

6 May 08:16
Bəyəndim (0) Bəyənmədim (0)

BRİKS-in sülh konfransında iştirak edib-etməyəcəyi məlum deyil.

BRİKS ölkələrinin İsveşrədə keçiriləcək sülh konfransında iştirak etməsi indidən şübhə altındadır. Bunu İsveçrə prezidenti Viola Amherdin məsələ ilə bağlı "Blick" qəzetinin sualına cavabdan yayınması da sübut edir. O BRİKS ölkələrinin- Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının Ukrayna üzrə sülh konfransında iştirakı ilə bağlı sualına birbaşa cavab verməyib.

Viola Amherd bu suala yalnız "hər şey yaxşı olacaq" cavabı ilə kifayətlənib.

Qeyd edək ki, BRİKS ölkələri Rusiyasız sülh konfransının nəticə verməyəcəyini bəyan ediblər. Ona görə də bu qurumun sülh konfransında iştirak etməsi şübhə altına düşüb.

Oxuməni.az