Ukraynaya xarici qoşunların göndərilməsinin tərəfdarları artır

Ukraynaya xarici qoşunların göndərilməsinin tərəfdarları artır

6 May 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna qoşunlarının cəbhədə bir-birinin ardınca məğlubiyyətlərə dükar olması Kiyevin köməyinə xarici qoşunların göndərilməsi məsələsini get-gedə reallığa çevirməkdədir.

Bu təşəbbüsün müəllifi Fransanın ardınca ABŞ-da da Ukraynaya yardım üçün ordunun göndərilməsi məsələsi gündəmə gəlib.

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların lideri Hakim Cefris dünyanın aparıcı telekanallarından biri olan "CBS"yə verdiyi açıqlamasında bəyan edib ki, cəbhədəki vəziyyət Ukraynaya maliyyə və hərbi texniki yardımla bərabər qoşun göndərilməsini də zərurətə çevirməkdədir. Onun sözlərinə görə, ABŞ Ukraynanın məğlub olmasına imkan verə bilməz və verməməlidir.

Oxuməni.az