Panamanı 2029-cu ilə kimi Xose Raul Mulino idarə edəcək

Panamanı 2029-cu ilə kimi Xose Raul Mulino idarə edəcək

6 May 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Panamada keçirilən növbəti prezident seçkilərinin qalibi məlum olub. Belə ki, səslərin 88 faizinin sayılmasından sonra məlum olub ki, prezident seçkilərində Xose Raul Mulino qalib gəlib. O, səslərin 39,7 faizini toplayıb.

Korrupsiyaya qarşı mübarizə məqsədi ilə yaradılan “Başqa yol” hərəkatının lideri Rikardo Lombana Mulinodan geri qalıb. O səslərin 28,4 faizini toplaya bilib.

Panamanın keçmiş prezidenti Martin Torrixos isə rəqiblərindən daha az nəticə əldə edib. O səslərin cəmisı,18,2 faizini yığıb.

Öz növbəsinddə prezident seçkilərinin keçirilməsinə məsul olan Panama Seçki Tribunalı Xose Raul Mulinonu prezident seçilməsi münasibəti ilə təbrik edib.

Oxuməni.az