İsrailin Rəfahdan mülki əhalinin təxliyəsinə hazırlaşması ABŞ-ı narahat edib

İsrailin Rəfahdan mülki əhalinin təxliyəsinə hazırlaşması ABŞ-ı narahat edib

6 May 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Rəfahdan mülki əhalinin təxliyəsinə hazırlaşması ABŞ-ı narahat edib.

Rəfah məsələsində İsrailin qətiyyətli addımlar atmağa hazırlaşması ABŞ-da həyəcan və narahatlıqla qarşılanıb. Məsələyə tam aydınlıq gətirmək məqsədi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün təcili şəkildə İsrailə səfərə gəlib.

Bu barədə "i24News" telekanalının yaydığı məlumatda deyilir. Adı çəkilməyən İsrail dövlət rəsmilərindən biri telekanala açıqlamasında deyib ki, Berns İsraildə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşərək Rəfahdan dinc əhalinin köçürülməsini, həmçinin girovların azad edilməsi ilə bağlı HƏMAS-la razılıq əldə edilməsi yollarını müzakirə edəcək.

Oxuməni.az