Danimarka Arktikada hərbi fəaliyyətini daha  da genişləndirəcək

Danimarka Arktikada hərbi fəaliyyətini daha da genişləndirəcək

6 May 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarka Arktikada hərbi fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

Danimarka özünün ən şimal ərazisi hesab edilən Qrenlandiyada hərbi gücünü artırmaq üçün müvafiq tədbirlər həyata keçirməyə başlayıb. Bununla bağlı Danimarka müdafiə naziri Troels Lund Poulsen deyib ki, əsas məqsəd Qrenlandiya və onun qərb hissəsində yerləşən Kanqerlussuaq şəhərində hərbu qüvvələrin sərt şəraitdə çevik fəaliyyət göstərməsini təmin etməkdir.

Onun sözlərinə görə, Arktik ərazidə Danimarkanın hərbi mövcudluğunu daha da artırması mövcud reallıqdan irəli gəlir.

Oxuməni.az