Rusiya Qərbə qarşı növbəti nüvə şantajına hazırlaşır

Rusiya Qərbə qarşı növbəti nüvə şantajına hazırlaşır

6 May 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qərbin gec də olsa Ukraynaya müasir hərbi silahlar verməyə hazırlaşması Rusiyada birmənalı qarşılanmayıb. Qərbin təhdidlərinə cavab olaraq Rusiya öz növbəsində hərbi dəniz qüvvələri, aviasiya və Cənub Hərbi Dairəsinin iştirakı ilə hərbi nüvə təlimlərinə hazırlaşmağa başlayıb.

Bu barədə məlumat verən Lenta.ru-nun yazdığına görə, nüvə silahı ilə birlikdə hərbi təlimlər prezident Vladimir Putinin sərəncamına əsasən keçiriləcək.

Öz növbəsində Rusiya müdafiə nazirliyi bəyan edib ki, nüvə silahı ilə birlikdə hərbi təlimlərin keçirilməsi Qərbin təxribat xarakerli bəyanatlarına və təhdidlərinə verilən cavab hesab edilə bilər

Oxuməni.az