ABŞ-da iqlim dəyişikliyi ilə bağlı məsələ müzakirə olunacaq

ABŞ-da iqlim dəyişikliyi ilə bağlı məsələ müzakirə olunacaq

7 May 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Atmosferin çirkləndirilməsində xüsusi rol oynayan Çin və ABŞ arasında məsələ ilə bağlı danışıqlar aparılacaq.

Beynəlxalq aləmdə davam edən iqlim dəyişiklikləri və onun ciddi fəsadlara səbəb olması atmosferi dəhşətli dərəcədə çirkləndirən ABŞ və Çin tərəfindən də artıq narahatlıqla qarşılanımaqdadır. Bunu Çinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Liu Zhenminin bu gün ABŞ-a başlayan səfəri də bir daha təsdiq edir.

May ayının 16-na kimi davam edəcək səfər çərçivəsində Liu Zhenminin ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Podesta ilə görüşərək onunla iqlim dəyişiklikləri və onun gətirdiyi fəsadların aradan qaldıırlması yolları barədə danışıqlar aparacağı gözlənilir.

Oxuməni.az