Ukraynya humanitar yardımların göstərilməsi davam edir

Ukraynya humanitar yardımların göstərilməsi davam edir

7 May 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın təcavüzü nəticəsində Ukraynada qaçqın və məcburi köçkün vəziyyətinə düşən 15 milyona yaxın insanın və ya ölkə əhalisinin 40 faizinin humanitar yardımlara ehtiyacı var. Vəziyyətin belə həddə çatması isə Qərbdə narahatlıqla qarşılanır. Ukraynalıların çətin vəziyyətini nəzərə alan Danimarka Ukraynaya 250 milyon kron (36 milyon dollar) humanitar yardım göstərməyi qərara alıb.

Bununla bağlı Danimarka Xarici işlər nazirliyinin yaydığı məlumata görə, humanitar yardım ilk növbədə daha çox ehtiyacı olanlara, uşaqlara, qadınlara, qocalara, və qaçqınlara göstəriləcək.

Oxuməni.az