Eks prezidentin təqaüd tələbi rədd edilib

Eks prezidentin təqaüd tələbi rədd edilib

7 May 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Adı qətllərdə və korrupsiyada hallandırılan Perunun keçmiş prezidenti Alberto Fuximori dövlətdən ona prezident təqaüdü kəsilməsini tələb edib. O qeyd edib ki, uzun müddət ölkənı idarə edən dövlət rəhbəri kimi prezident təqaüdünə layiqdir.

Bununla bağlı Perunun RPP radiostansiyası xatırladıb ki, Alberto Fuximoro ölkəni idarə etdiyi dövrdə 15 tələbənin qətlində iştirak edib, həmçinin dövlətə 15 milyon dollar zərər vurub və buna görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

Fuxumoronun dövlətdən prezident təqaüdü istəməsi isə qanunlarda nəzərdə tutulmadığı üçün rədd edilib

Oxuməni.az