Sərxoş amerikalı 10 sutka müddətinə həbs edilib

Sərxoş amerikalı 10 sutka müddətinə həbs edilib

7 May 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada ingilis dili müəllimi işləyən sərxoş amerikalının başına qəribə oyun gəlib. ABŞ vətəndaşı William Russell Nickum əylənmək üçün gecə bara girib və orada xeyli içib.

Bayıra çıxdıqdan sonra haraya gedəcəyini bilməyən amerikalı yaxındakı uşaq kitabxanasının şüşəsini qıraraq ora daxil olub və yuxuya gedib.

Sərhər yuxulu amerikalını aşkar edən kitabxana işçiləri bu barədə polisə məlumat veriblər. Nəticədə William Russell Nickum həbs edilib. O xırda xuliqanlıq maddəsi ilə 10 sutka müddətinə azadlıqdan məhrum olunub.

Oxuməni.az