ABŞ əsgəri Rusiyada 2200 dollar oğurladı

ABŞ əsgəri Rusiyada 2200 dollar oğurladı

7 May 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Vladivostok şəhərində ABŞ əsgəri oğurluq ittihamı ilə tutulub. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Cynthia Smit verdiyi açıqlamada bir ABŞ əsgərinin mayın 2-də Rusiyada saxlanıldığını təsdiqləyib.

Nazirliyin sözcüsü deyib ki, “Rusiya ABŞ Dövlət Departamentini Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyasına uyğun olaraq saxlanma barədə xəbərdar edib. Artıq tutulan əsgərin ailəsinə xəbər verilib. Məsələnin həssaslığını nəzərə alaraq, hazırda əlavə təfərrüatlar verə bilmərik."

“İzvestiya” qəzeti adı açıqlanmayan mənbəyə əsaslanaraq verdiyi xəbərdə ABŞ əsgərinin 2200 dollar oğurladığını bildirib…

Oxuməni.az