Nigeriyada xarici hərbi bazaların yaradılması mümkün deyil

Nigeriyada xarici hərbi bazaların yaradılması mümkün deyil

7 May 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyada xarici hərbi bazaların yaradılması mümkün deyil.

Bununla bağlı “Vanguard” qəzetinin yaydığı məlumata görə, Nigeriyada ABŞ və Fransanın hərbi bazalarının yerləşdirilməsi barədə danışıqlar aparılması barədə deyilənlər təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Nigeriyanın informasiya və milli irşad naziri Məhəmməd İdris də xüsusi bəyanatla çıxış edərək deyilənləri rəsmi şəkildə təkzib edib.

O qeyd edib ki, Nigeriyada hər hansı ölkənin hərbi bazasının yaradılmasından söhbət gedə bilməz və bu barədə deyilənlər yalandır.

Oxuməni.az